"Azinvestkredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib.
Namizədlər 22-40 yaşında, iqtisadiyyat (o cümlədən maliyyə, mühasibatlıq) ixtisası üzrə ali təhsilli olmalı, ofis proqramlarında işləməyi bacarmalı, Azərbaycan dilini əla səviyyədə bilməlidir. Rus və ingilis dili üzrə biliklər arzuediləndir. Maliyyə sahəsində 1 il iş təcrübəsi də tələb olunur.
Vəzifə öhdəlikləri kredit məhsulları barədə müştərini məlumatlandırmaq, müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək, kredit və girovların monitorinqini həyata keçirmək, kredit portfelinin göstəricilərinə əsasən təhlillər aparmaq, yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək, borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək, riskləri düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət etməkdir.
İş yeri Bakıdadır. İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Əmək haqqı 350-400 manatdır.
Arzu edənlər CV-lərini fevralın 13-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.