Azərbaycanın investisiya şirkəti «Azfinance» qeyri-profil aktivlərə yatarımları davam etdirir.
Eləcə də bax: "AzeSteelCompany" ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə - DAXİL OLUB
FED.az xəbər verir ki, bu dəfə şirkət «AzeSteelCompany» ASC şirkətinin səhmlərinin 10%-ni alıb.
Nəticədə hazırda «AzeSteelCompany» şirkətinin səhmdarları: İsmayılov Cəmaləddin nurəddin oğlu (72,96%), Ağayev Kənan Səxavət oğlu (7,04%), «Azfinance İnvestisiya Şirkəti» (10,0%) və Hüseynov Ömək Sahib oğludur (10,0%).
Xatıfrladaq ki, bir qədər əvvəl «AzFinance» investisiya şirkəti «Optimal Finance» BOKT-un da 70% səhmlərini almışdı.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.