Azərbaycanın qeyri-bank sektorunda yeni böyük oyunçu var.
FED.az xəbər verir ki, ölkənin ən böyük developer şirkətlərindən olan «AGA Group» şirkəti «City Finance» BOKT-u satın alıb.
Eləcə də bax: City Finance” BOKT-un rəhbəri - DƏYİŞİB
Xatırladaq ki, «AGA Group» paytaxtın ən byöük biznes mərkəzlərinin - «Dəmirçi tauer», «Kaspian Plaza», «Kaspian biznes senter», «Ağa İş Mərkəzi», «Adriana biznes park», eləcə də «Start ko-vörkinq» mərkəzlərini idarə edir. Bundan başqa şirkətin «Da Vinçi» və «Kaspian Palas Otel»i var.
Şirkətin aqrar sektorda da təmsilçiliyi var – «Monte Ferro Aqroparkı» şimal qərb bölgəsində yerləşir.
«AGA Group» ölkənin maliyyə sektorunda indiyədək də təmsil olunurdu. Şirkətin maliyyə biznesinə iki şirkət - «Ferrum kapital» və «Kaspian audit» aiddir. Hərçənd bu şirkətlərin fəaliyyət dairəsi məhdud idi. «Ferrum kapital» Faktorinq xidmətləri, «Kaspian audit» isə audit xidmətləri göstərirdi.
«City Finance» BOKT-un satın alınması isə şirkətə artıq qeyri-bank sektorunda da fəaliyyətə imkan verəcək. Artıq BOKT-un nizamnamə kapitalı artırılaraq 375 mindən 1 milyon manata çatdırılıb. Kredit verilməsi isə bərpa olunub.