İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidməti "Marja İnvest" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, bu barədə DVX məlumat yayıb.
BOKT "Marja İnvest" MMC-nin nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi Aysel Qüdrət qızı Quliyevadır. BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 55-də yerləşir.