Dövlət Vergi Xidməti (DVX) “SF AZERBAİJAN” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-ni 300 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Eləcə də bax: AMB-nin yeni lisenziya verdiyi - BOKT-un RƏHBƏRİ DƏYİŞDİ
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, BOKT-un qanuni təmsilçisi Fuad Muradovdur.
BOKT 2021-ci il sentyabrın 28-də dövlət qeydiyyatına alınıb.
Sentyabrın 9-da DVX tərəfindən “COİL” MMC də qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 2 milyon 904,5 min manatdır. Qanuni təmsilçisi Niyaz Gülaliyevdir.
Sentyabrın 17-də vergi orqanları tərəfindən “ASK TÜTÜN” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 6 milyon 148,675 min manatdır. Qanuni təmsilçisi Eldar Məmmədovdur.
Bundan başqa, DVX sentyabrın 24-də “PHARMTECH” MMC-ni qeydiyyata alıb. Cəmiyyətin nizamnamə kapitalı 40 min manatdır. Qanuni təmsilçisi Şövqi Bünyadovdur.