2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) kapitalının həcmi açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə kapitalının böyüklüyünə görə seçilən BOKT-lar məlum olub.
Renkinqə “Birkart BOKT” MMC başçılıq edir. Təşkilatın kapitalı 87 milyon 163 min manat təşkil edib.
İkinci yerdə BOKT “AZPUL” MMC qərarlaşıb – burada göstərici 65 milyon 847 min manat olub.
“SF Azerbaijan” BOKT MMC 35 milyon 600 min manat göstərici ilə üçüncü sırada yer alıb. “M Bulak BOKT” MMC-də isə bu rəqəm 29 milyon 112 min manat təşkil edib və dördüncü olub.
Digər təşkilatlardakı göstəricilər aşağıdakı kimidir:
BOKT “EMBAFİNANS” QSC-də 25 milyon 802 min manat kapital qeydə alınıb. “MONETRİ BOKT” MMC 19 milyon 152 min manat göstərici ilə altıncı yerdə qərarlaşıb.
MM “Finca Azerbaijan” QBKT-də həcm 18 milyon 94 min manat olub. “City Finance” BOKT MMC 15 milyon 220 min manat kapitalla siyahıda yer alıb.
Siyahının ilk onluğunu BOKT “International” ASC (11 milyon 858 min manat) və “MCB BOKT” QSC (9 milyon 660 min manat) tamamlayır.











