Azərbaycan maliyyə sektorunda 2022-2023-cü illər arasında bəzi bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin ciddi şəkildə azalması müşahidə edilib.
Azərbaycanda aktivləri - ƏN ÇOX ARTAN 10 BOKT – SİYAHI, MƏBLƏĞLƏR
Azərbaycanda aktivlərin dinamikası üzrə - BOKT-LARIN RENKİNQİ – SİYAHI (2022-2023)
Azərbaycanda aktivlərin həcmi üzrə - BOKT-LARIN RENKİNQİ – SİYAHI (2023)
FED.az xəbər verir ki, aktivləri ən çox “əriyən” BOKT “Optimal Finance BOKT” MMC olub. Bu qurumun aktivləri 2022-ci ildə 3,551 milyon manat olduğu halda, 2023-cü ildə 2,436 milyon manata qədər enib. Azalma 1,115 milyon manat və ya 31,40% təşkil edib.
İkinci ən böyük azalma “PARA” BOKT ASC-də baş verib. Bu BOKT-un aktivləri 26,648 milyon manatdan 21,109 milyon manata enib. Azalma 5,539 milyon manat və ya 20,79% təşkil edib.
Üçüncü sırada “Azmikroinvest BOKT” MMC dayanır. Aktivlərinin həcmi 1,585 milyon manatdan 1,270 milyon manata düşərək 315 min manat və ya 19,87% azalma yaşayıb.
Növbəti sırada “İcraçı Kredit Agentliyi” MMC BOKT gəlir. Aktivləri 2022-ci ildə 1,312 milyon manat olduğu halda, 2023-cü ildə bu göstərici 1,104 milyon manata qədər azalıb. Ümumilikdə 208 min manat və ya 15,85% azalma qeydə alınıb.
Nəhayət, beşinci yerdə “ASET Maliyyə Texnologiyaları” BOKT qərarlaşıb. Bu BOKT-un aktivləri 388 min manatdan 331 min manata düşüb ki, bu da 57 min manat və ya 14,69% azalma deməkdir.
Daha detallı aşağıdakı cədvəldə :
S/n |
BOKT-LAR |
Aktivlərin dinamikası (artıb-azalma) (min manatla) |
Aktivlərin dinamikası (artıb-azalma) (faizlə) |
1 |
"Optimal Finance BOKT" MMC |
-1 115 |
-31,40% |
2 |
"FinEx Kredit" BOKT ASC |
-1 445 |
-26,83% |
3 |
“PARA” BOKT ASC |
-5 539 |
-20,79% |
4 |
“Azmikroinvest BOKT” MMC |
-315 |
-19,87% |
5 |
“İcraçı Kredit Agentliyi” MMC BOKT |
-208 |
-15,85% |