Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “Maliyyə Resurs Mərkəzi” QSC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.
FED.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, bununla da Azərbaycanda BOKT-ların sayı 43-dən 42-yə düşüb.
Xatırladaq ki, “Maliyyə Resurs Mərkəzi” 2011-ci ildə 300 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdı. Onun səhmdarları hər biri 50% payla Vaqif Hüseynov və Orxan Əhmədovdur.