Azərbaycanda yeni bank olmayan kredit təşkilatı DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.
Eləcə də bax: Azərbaycanda yeni yaradılmış BOKT-un rəhbərliyi - MƏLUM OLDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni qeydiyyata alınan “Marja İnvest Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Marja İnvest BOKT” MMC Bakı şəhəri Nizami rayonu, Azər Manafov, ev 16, m. 55 ünvanında dövlət qeydiyyatına alınıb.
BOKT-un nizamnamə kapitalı Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının lisenziya ala bilməsi üçün tələb edilən minimal məbləğ – 300 000 manat təşkil edir.
BOKT-un qanuni təmsilçisi Aysel Quliyeva Qüdrət qızıdır.