Azərbaycanda fəaliyyətdə olan kredit təşkilatı “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru dəyişib.
Eləcə də bax: Yeni yaradılmış BOKT “Azfinans”ın da rəhbərliyi açıqlandı
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azər Şahmərdanov Vaqif oğlu “Viza Kredit BOKT”un təkbaşına rəhbəri təyin edilib.
O bu vəzifədə Valeh Rüstəmov Vəli oğlunu əvəzləyib. Hansı ki, bu vəzifəyə bir ay öncə təyin edilmişdi rəsmən.
Qeyd edək ki, “VisaKredit” BOKT 2011-ci ildə yaradılıb və 1 470 000 manat nizamnamə kapitalına sahibdir. BOKT-un nizamnamə kapitalında paylar – 88.10%-i Ceyhun Mehdizadəyə 11.90%-i isə Yaşar Məmmədova məxsudur.