2021-ci ilin iyulunda yaradılan Bank Olmayan Kredit Təşkilatı “Azfinans” MMC-nin Müşahidə Şurası açıqlanıb.
Azərbaycanda yeni BOKT - Qeydiyyatdan Keçib
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan BOKT-un Müşahidə Şurasının üzvləri Əliyeva Leyla Aslan qızı, Hüseynzadə Araz İmaməli oğlu və Budaqov İlham Aslan oğludur.
BOKT-da Müşahidə Şurası Müşahidə Şurası BOKT-un idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən bankın idarəedicilərindən hesabat almaq, o cümlədən idarəediciləri üçün tövsiyə verməkdir.
Qeyd edək ki, BOKT Bakı şəhəri Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı ev.36, məhəllə 488/489 m.26 hüquqi ünvanında 12 iyul 2021-ci ildə qeydiyyata alınıb və 300 min manat nizamnamə kapitalına sahibdir.
BOKT-un direktoru Əliyev İlqar Şükür oğludur.