İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bu ilin fevral ayında dövlət qeydiyyatına aldığı və lisenziyası olmayan “Azərbaycan Evro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) adı dəyişdirilib.
FED.az xəbər verir ki, maliyyə qurumu artıq "Finans Kredit" adlanır.
Xatırladaq ki, yeni BOKT-nin hüquqi ünvanı əvvəlki kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 1, ev 262A, nizamnamə kapitalı 300 min manat (müəyyən edilmiş minimum tələbə uyğun), qanuni təmsilçisi isə Rasim Kamil oğlu Eyvazovdur.