30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 314,4 mln. manat, cəmi öhdəlikləri isə 188,6 mln. manat təşkil edib. Bundan əlavə Kredit ittifaqlarının (Kİ) 2019-cu ilin III rübündə cəmi aktivləri 15,9 mln. manat, cəmi öhdəlikləri isə 6,1 mln. manat təşkil edib.
Eləcə də bax:İflas prosesində olan BOKT - AVTOMOBİLLƏRİNİ TOPDAN SATACAQ
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, cari ilin 9 ayı ərzində BOKT-lərin aktivləri 17,4% artmışdır. BOKT-lərin aktivlərinin əsas hissəsini (81,1%) kredit portfeli təşkil edib. Kredit portfeli dövr ərzində 11,8% (27,0 mln. manat) artaraq sentyabr ayının sonuna 255,0 mln. manat təşkil edib.
30 sentyabr 2019-cu il tarixinə Kİ-nın aktivlərinin 90%-ni (14,3 mln. manat) kredit portfeli təşkil edib