Azərbaycanda cari ilin 1 aprel 2022-ci il tarixinə BOKT-ların iqtisadiyyata kredit qoyuluşlarının həcmi açıqlanıb.
Eləcə də bax: Ölkədə kredit ittifaqlarının maliyyə vəziyyəti - PİSLƏŞİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bank olmayan kredit təşkilatlarının cari ilin mart ayının sonuna olan kredit qoyuluşu 479.6 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 121.9 mln. manat artım deməkdir.
Qeyd edək ki, cari ildə iqtisadiyyata cəmi kredit qoyuluşları ölkə üzrə 18 mlrd. manat təşkil edib. Bu da o deməkdir ki, qeyri-bank təşkilatlarının son ildə ümumi kredit qoyuluşunda payı 2.6% -dən 2.7%-ə qədər qalxıb.