Azərbaycanın kredit təşkilatı “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin daxili auditor xidmətinin rəhbəri dəyişib.
Eləcə də bax: AMB-nin yeni lisenziya verdiyi - BOKT-un RƏHBƏRİ DƏYİŞDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Finex Kredit” BOKT-un Daxili audit xidmətinin rəhbəri Mehdiyev Eltəkin Sahib oğlu vəzifəsindən azad olunub.
Onun yerinə Hüseynova Vəfa Həsrət qızı təyin edilib.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un səhmlərinin 31%-i Mobil Şərifova, 26%-i Şəlalə Tağıyevaya, 24%-i Sevda İbrahimovaya, 18%-i Ramina Allahverdiyevaya, 1%-i isə Tahir Namazova məxsusdur.