Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından 7-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Eləcə də bax: Azərbaycanda 5 BOKT-un kredit portfeli - 20 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar “Prior Credit”, “PSG Finans”, “Kəpəz”, “Birkart”, “International”, “Azmikroinvest” və “İDK”dır. Ən yüksək dinamika “Prior Credit”də (10 dəfə), ən aşağı dinamika isə “İDK”da (3,1%) qeydə alınıb.
35 BOKT-un – “Aqrarkredit”, “Asel Kredit”, “Aset Maliyyə Texnologiyaları”, “Avrasiya-Kredit”, “Azərbaycan Mikro-Kredit”, “Azinvestkredit”, “Azkredit”, “Brand Credit”, “City Finance”, “Effektinvest”, “Embafinans”, “Falcon Finance”, “Finex Kredit”, “FİNKA Azərbaycan”, “Finoko”, “İcraçı Kredit Agentliyi”, “İdeal Kredit”, “İnkişaf üçün maliyyə”, “Kredaqro”, “Kredex”, “Kredit Servis”, “M Bulak”, “MCB”, “Merkuri”, “MJ Financial Servies”, “Optimal Finance”, “Para”, “Premier Kredit”, “Qafqaz-Kredit”, “Regional”, “TBC Kredit”, “TCF”, “Union Kredit”, “Viator Mikro-Kredit Azərbaycan” və “Viza Kredit”in nizamnamə kapitalı dəyişməyib.
1 BOKT - “SF Azerbaijan” bazara bu il, 4 BOKT - “Azfinans”, “Finkapital”, “FNC” və “Nas Project” isə bazara ötən il daxil olub. 9 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian Invest”, “Finans İnvest”, “Finans Kredit”, “Fintrend”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” nizamnamə kapitalının dinamikasını açıqlamayıb. (Renkinq)