Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 12-si ötən ili zərərlə başa vurub.
Azərbaycan BOKT-ları I yarımildə 14 milyon manat - Xalis Mənfəət Əldə Edib
FED.az xəbər verir ki, “Gold Finance”, “Nas Project”, “Azinvestkredit”, “Azpul”, “Union Kredit”, “Birkart”, “Azərbaycan Mikro-Kredit”, “İcraçı Kredit Agentliyi”, “Finex Kredit”, “Prior Credit”, “Kredaqro” və “Para” BOKT-lardır. Zərərin ən yüksək həddi “Para”da (5,414 milyon manat), zərərin ən aşağı həddi isə “Gold Finance”da (18 min manat) qeydə alınıb.
1 BOKT-un – “Aset Maliyyə Texnologiyaları”nın gəlirləri və xərcləri olmayıb.
33 BOKT isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də bu göstərici 1,5 milyon manatdan çox olub. Bunlar “Embafinans” (3,336 milyon manat), “M Bulak” (3,089 milyon manat), “FİNKA Azərrbaycan” (2,611 milyon manat), “PSG Finans” (1,975 milyon manat) və “City Finance” (1,701 milyon manat) BOKT-lardır.
Qalan 28 BOKT-dan 3-nün (xalis) mənfəəti 1-1,5 milyon manat arasında, 25 BOKT-un (xalis) mənfəəti isə 1 milyon manatdan azdır.
1 BOKT – “SF Azerbaijan” bazara bu il daxil olub, 9 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Caspian Invest”, “Finans İnvest”, “Finkapital”, “Fintrend”, “FNC”, “Omni Finance” və “Pro Kredit” (xalis) mənfəətinin / zərərinin məbləğini açıqlamayıb. (Renkinq)