Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə balans kapitalı 10 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 5 BOKT-un kredit portfeli - 20 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar “Aqrarkredit” (25,441 milyon manat), “M Bulak” (16,378 milyon manat), “Embafinans” (16,098 milyon manat), “FİNKA Azərbaycan” (15,443 milyon manat) və “PSG-Finans” (13,057 milyon manat) BOKT-lardır.
Qalan 51 BOKT-dan 22-nin balans kapitalı 1-10 milyon manat arasında, 16 BOKT-un balans kapitalı isə 1 milyon manatdan azdır.
2 BOKT-un – “Union Kredit” və “Para”nın balans kapitalında çatışmazlıq yaranıb.
1 BOKT – “SF Azerbaijan” bazara bu il daxil olub, 10 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Caspian Invest”, “Finans İnvest”, “Finkapital”, “Fintrend”, “FNC”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” balans kapitalının məbləğini açıqlamayıb. (Renkinq)