BOKT "Azpul" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci il üzrə illik maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: 7 işçisi var 80 min manat pul qazanıb - BOKT HESABATI
FED.az xəbər verir ki, "Azpul" ötən ili 74 min 370 manat xalis zərər ilə başa vurub. Təşkilatın yığılmış zərəri 229 min manata çatıb.
Ötən il Təşkilatın faiz gəlirləri 484 min manat təşkil edib.
31 Dekabr 2021-ci il tarixində "Azpul" 1 milyon 529 min manat cəmi aktivlərə, o cümlədən 770 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub.
2019-cu ilin sonlarına yaxın "Azpul" tərəfindən Bakıda bir neçə nöqtdə "AzPulMat" adlı aparatlar quraşdırılmışdı. Bu aparatlardan şəxsiyyət vəsiqəsi ilə cəmi 30 saniyə ərzində borc almaq mümkün idi.
BOKT "Azpul" MMC xırda istehlak kreditlərinin verilməsilə məşğul olur.
2020-ci ildə “Azpul” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. (Marja)