Azərbaycan Mərkəzi Bankı (AMB) «Azpul» MMC-yə bank olmayan kredit təşkilatı fəaliyyət üçün lisenziya verib.
FED.az xəbər verir ki, sentyabrın 18-də verilən lisenziya ilə Azərbaycanda fəaliyyət göstərən BOKT-ların sayı 46-ya çatıb.
Xatırladaq ki, «Azpul» MMC Azərbğaycanda innovativ kredit məhsullarına – xüsusi terminallar vasitəsilə kiçik məbləğli kreditlərin verilməsinə 2019-cu ilin oktyabrında başlayıb.
Həmin vaxt elektron lombard kimi fəaliyyət göstərən şirkətin məhsullarına əhalinin marağı və tələbatı böyük olmuşdu. Bunu nəzərə alaraq şirkətin fəaliyyətini daha da genişləndirilməsi və Bank olmayan kredit təşkilatı formasında davam etdirməsi qərara alınıb.