2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının cəmi öhdəlikləri 2,7 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərəkzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 0,1 milyon manat və ya 3,6% azalma deməkdir.
Öhdəliklərin əsas hissəsini təşkil edən alınmış kreditlər 0,1 milyon manat azalmaqla 2,4 milyon manatdan 2,3 milyon manata enib. Digər öhdəliklər isə 0,3 milyon manat, ödəniləcək faizlər isə 0,1 milyon manat olmaqla olar ki, dəyişməyib.
Xatırladaq ki, 2024-cü ilin sonunda kredit ittifaqlarının cəmi öhdəlikləri 2,8 milyon manat təşkil edirdi.










