2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının cəmi aktivləri 12,4 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 0,2 milyon manat və ya 1,6% azalma deməkdir.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli (xalis) cüzi azalaraq 10,5 milyon manata düşüb. Nağd vəsaitlər və müxbir hesablar isə 0,7 milyon manatdan 0,5 milyon manata enib. Yalnız hesablanmış faizlər maddəsində 0,2 milyon manatlıq artım qeydə alınıb.
Xatırladaq ki, 2024-cü ilin sonunda kredit ittifaqlarının cəmi aktivləri 12,6 milyon manat təşkil edirdi.










