Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan kredit ittifaqlarının cəmi kredi tportfeli 10,9 milyon manata bərabər olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon manat (7%), ilin əvvəlindən isə 0,1 milyon manat (1%) azalıb.
Ötən ilin eyni dövründə kredit ittifaqlarının kredit protfeli 11,7 milyon manat, ilin əvvəlində isə 11 milyon manat idi.