Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan BOKT-ların cəmi kredit portfeli 744,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə kredit protfeli son bir il ərzində 340,3 milyon manat və ya 84% artıb.
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatın məbləği 56,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 milyon manat (46%) çoxdur.
Nəticədə BOKT-ların xalis kredit portfeli 322,6 milyon manat (88%) artaraq 688 milyon manata yüksəlib.