Qeyri-Bank

Azərbaycan BOKT-unun təsisçisi dəyişib

Azərbaycan BOKT-unun təsisçisi dəyişib | FED.az
16:08 21 Dek 2018

Bərdə rayonunda fəaliyyət göstərən “Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib.

Köhnə və yeni təsisçilər açıqlanmasa da, hələlik yalnız o məlumdur ki, bundan sonra BOKT Bakıda fəaliyyət göstərəcək. İndiyə qədər ona rəhbərlik edən Elnur Allahverdiyev isə Türkiyə vətəndaşı Asim Yüzbaşıoğlu ilə əvəzlənib.

Təsisçisi dəyişdikdən sonra “Azəri Star Mikromaliyyə”nin nizamnamə kapitalı 300 min manat və yaxud 96,8% artırılaraq 310 min manatdan 610 min manata çatdırılıb.

Eləcə də bax: Daha bir BOKT zərərdədir

Digər xəbərlər