2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının nizamnamə kapitalı 198,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 milyon manat və ya 20,7% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının kapitalı 164,7 milyon manat olub.