Bu ilin 9 ayında Azərbaycan BOKT-larının öhdəlikləri 517,7 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Öhdəliklər son bir il ərzində 243,8 milyon manat və ya 89% artıb.
Öhdəliklərin 215,3 milyon manatı cəlb edilmiş vəsaitlərin payına düşüb ki, bunun da 152,7 milyon manatı bankların kreditləri, 62,6 milyon manatı isə digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklərdir.
İllik müqayisə ilə cəlb edilmiş vəsaitlər 118,2 milyon manat (2,2 dəfə), bankların kreditləri üzrə öhdəliklər 78,8 milyon manat (2,1 dəfə), digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklər isə 39,4 milyon manat (2,7 dəfə) artıb.
Qiymətli kağızlar üzrə öhdəliklər 7,8 milyon manat (13%) azalaraq 50,8 milyon manata, mərkəzi idarəetmə orqanlarının vəsaitləri 15 milyon manat (36%) azalaraq 26,2 milyon manata düşüb.
Hesabat dövründə BOKT-ların digər öhdəlikləri 148,5 milyon manat və ya 2,9 dəfə artaraq 225,4 milyon manata yüksəlib.