2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının kapitalı 293,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 89,4 milyon manat və ya 43,8% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının kapitalı 204,4 milyon manat olub.