2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının cəlb edilmiş vəsaitləri 163,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,4 milyon manat və ya 68,3 çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının cəlb edilmiş vəsaitləri 97,2 milyon manat olub.