2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının cari hesablarındakı vəsaitləri 19,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon manat və ya 9,4% azdır.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının cari hesablarındakı vəsaitləri 22 milyon manat olub.