Bu ilin ilk yarısında Azərbaycan BOKT-ların qeyri-faiz gəlirləri 43,9 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu illik müqayisədə 32,1 milyon manat və ya 3,7 dəfə çoxdur.
Hesabat dövründə BOKT-ların qeyri-faiz xərcləri 24 milyon manat və ya 66% artaraq 60,3 milyon manata yüksəlib.
Ötən ilin müvafiq dövründə qeyri-faiz gəlirləri 11,9 milyon manat, xərcləri 36,4 milyon manata bərabər olub.