“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 171 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: "Optimal Finance" BOKT-un vəziyyəti - Məlum Oldu
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2019-cu illə müqayisədə 2,55 dəfə çoxdur.
Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 213 min manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 43 min manat (2,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 3,028 milyon manat olub ki, bu da illik müqayisədə 23,8% çoxdur. Bunun 2,027 milyon manmatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 5,5% böyüyüb.
Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri təxminən 23 dəfə artaraq 647 min manata çatıb, balans kapitalı isə 1,4% azalaraq 2,381 milyon manata düşüb.
Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı). (Report)