“Avrasiya-Kredit” bank olmayan kredit təşkilatının (BOKT) maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, “Avrasiya-Kredit” BOKT ötən il 312 min 659 manat mənfəət əldə edib. Bu 2017-ci illə müqayisədə 4,3 dəfə çoxdur.
Eləcə də bax: «TBC Kredit» BOKT-un – MƏNFƏƏTİ KƏSKİN DÜŞÜB, KREDİTLƏRİ AZALIB
BOKT-un mənfəətə çıxmasına səbəb əməliyyat gəlirlərinin və faiz gəlirlərini artması olub. Belə ki, 2017-ci illə müqayisədə 2018-ci ildə BOKT-un xalis əməliyyat gəlirləri 3 dəfədən çox artaraq 881 min 255 manat, faiz-gəlirləri isə 46,7% artaraq 368 min 718 manat olub.
BOKT-un inzibati xərcləri 2017-ci illə müqayisədə 37,4% artaraq 486 min 929 manat təşkil edib.
“Avrasiya-Kredit” in bu il ödədiyi mənfəət vergisi də artıb. Belə ki, 2017-ci illə müqayisədə bank olmayan kredit təşkilatı 3 dəfədən çox, 78 min 165 manat mənfəət vergisi ödəyib.
BOKT-un aktivləri də 2017-ci illə müqayisədə 2018-ci ildə 35,3% artaraq 2 milyon 198 min 617 manat, öhdəlikləri isə 3,2 dəfə artaraq 66 min 249 manat olub.