“Avrasiya Kredit” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin 2022-ci ildəki cəmi faiz gəlirləri 190,6 min manat (26,7%) artım ilə 904,4 min manat olub, faiz xərcləri isə qeydə alınmayıb.
Ümumi və inzibati xərclərin payına 540,6 min manat düşüb ki, bu göstərici də son bir ildə 65,1 min manat, yəni 13,7% çoxdur.
Bundan başqa haqq və komissiya gəlirləri 165 min manata yaxın, xərcləri 27,8 min manat, digər əməliyyat gəlirləri 21,1 min, xərcləri 15,4 min manat təşkil edib.
Nəticədəç BOKT-un vergidən əvvəlki mənfəəti 182 min manat, yaxud 60% çoxalıb və təqribən 483 min manata çatıb.
97 min manat mənfəət vergisi ödənişindən sonra “Avrasiya Kredit” BOKT-un xalis mənfəəti 386 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 245 min manat, yəni 30,6% artıqdır.
2022-ci ildə “Avrasiya Kredit” BOKT şirkətinin aktivləri 559 min manat və ya 17% artaraq 3 milyon 785 min manatı keçib.
Aktivlərin 3 milyon 322 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Ötən il BOKT-un kredit portfeli 418 min manatdan artıq, və ya 14,4% artıb.
Nağd pul vəsaitləri və onların ekvivalentləri də 187 min manat təşkil edib. Torpaq, tikili və avadanlıqlar üzrə aktivlərin həcmi 255 min manat olub
Şirkət öhdəliklərini də 160 min manata yaxın, yəni 24,4% artırıb və təxminən 809 min manata çatdırıb.
Bunun 749 min manatını maliyyə sektrou qarşısında olan öhdəliklər təşkil edir. Bu rəqəm 2021-ci ildən 139 min manat və ya 23% artıqdır.
2022-ci ildə “Avrasiya Kredit” BOKT-un kapitalı 399 min manat və ya 15,5% artaraq 2 milyon 976 min manatadək yüksəlib.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 1000 manat olaraq qalıb. Ehtiyatlarda da dəyişiklik qeydə alınmayıb və 1 milyon 485,7 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi 2022-ci ildə 1 milyon 102,6 min manata yaxın olub ki, bu da keçən ilkindən təxminən 253,7 min manat 29,9% çoxdur.