"Azəri Star Mikromaliyyə" Bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ilin yekunu üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: “Finex Kredit”in xalis mənfəətində - BÖYÜK ARTIM
FED.az xəbər verir ki, 2019-cu ildə BOKT-un gəlirləri 2018ci illə müqayisədə 34 dəfə azalaraq 69 025 manatdan 2 037 manata düşüb.
Faiz xərcləri isə 2,2 dəfə artaraq 7 251 manat təşkil edib. Nəticədə ötən il "Azari Star Mikromaliyya"nin xalis faiz zərərə 5214 manat olub.
Ötən il BOKT-un inzibati və digər əməliyyat xərcləri 144,6 min manat təşkil edib, bu əvvəlki ildən 2,8 dəfə azdır, 2018-də bu göstərici 407,4 min manat idi.
Nəticdə 2019-cu ilin sonunda BOKT-un vergidən əvvəlki zərəri və sonda xalis zərəri 149,8 min manat olub. Bu 2018-ci illə müqayisədə 2,26 dəfə aşağıdır. Şirkət 2018-ci ili daha böyük – 338,2 min manat zərərlə başa vurmuşdu.
2019-cu ildə "Azari Star Mikromaliyya" müştərilərə kredit portfelini tamamilə sıfırlayıb – ilin sonunda kredit portfeli sıfır olub. Ötən ilin sonunda isə kredit portfeli 110,7 min manat idi.
Ümumilikdə, ötən il "Azari Star Mikromaliyya" BOKT-un aktivləri 42% azalaraq 594,3 min manatdan 338,3 min manata düşüb.
Şirkət öz kredit portfelini sıfırlamaqla yanaşı, özünün borclarını da bağlayıb. Hesabatdan aydın olur ki, "Azari Star Mikromaliyya" ötən il təqribən 205 min manat borc bağlayıb və indi kreditləri yoxdur. Şirkətin digər öhdəlikləri də 35 dəfə azalaraq 125 mindən 3,6 min manata düşüb.
Nəticədə "Azari Star Mikromaliyya"nin cəmi öhdəlikləri 92 dəfə azalıb.
Bu əməliyyatlar nəticəsində "Azari Star Mikromaliyya" BOKT öz kapitalını Mərkəzi Bankın tələb eptdiyi səviyyəyə qaldıra bilib. Belə ki, 2019-cu ilin sonnuda BOKT-un cəmi kapitalı 334,7 min manat təşkil edib, bu 2018-ci ilin sonu ilə müqayisədə 27% artıqdır (2018-ci ildə cəmi kapital 263,4 min manat təşkil etmişdi).