Dekabrda “Aqrolizinq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncaqda nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunacaq. FED.az xəbər verir ki, bu barədə ASC-dan məlumat verilir.
“Sentyabrən 24-də səhmdarlarının ümumi yığıncağında nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılırdı. Lakin, ümumi yığıncağın tarixi dekabrın 20-nə keçirilib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2017-ci ildə “Aqrolizinq” nizamnamə kapitalını 55,3% - 561 mln. 627,545 min manatadək artırıb.