Azərbaycanda dövlətə məxsus yeganə BOKT“Aqrarkredit” QSC ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, “Aqrarkredit” 2018-ci ili 212 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 36,1% azdır.
Hesabat dövründə “Aqrarkredit”in 13 milyard 517 milyon manat cəmi aktivləri olub ki, bu da 2017-ci illə müqayisədə 4.96% azdır. Aktivlərin 80 mln 658 min manatı müştərilərə verilmiş kreditlərdir. BOKTun aktivlərinin 12 milyard 778 milyon manatı Azərbaycan Beynəlxalq Bankından alınmış aktivlər təşkil edir. Həmçinin Beynəlxalq Bankdan alınmış debitor borclar 239 mln 537 min manat təşkil edir. “Aqrarkredit” in aktivlərinin 103 mln 879 min manatı isə digər banklardan alınmış aktivlərdən ibarətdir.
2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit”in faiz gəlirləri 2,1 dəfə artaraq 17 milyon 173 min manat təşkil edib.
2018-ci ildə “Aqrarkredit”in əməliyyat xərcləri 2017-ci illə müqayisədə 2 dəfə artaraq 11 milyon 799 min manat olub.
Hesabat dövründə BOKT-un öhdəlikləri 4.96% artaraq 13 milyard 493 mln 964 min manat təşkil edib. “Aqrarkredit”in nizamnamə kapitalı 2017-ci ildə olduğu kimi 2018-ci ildə də 22 mln 669 min manat olub.
Qeyd edək ki,“Aqrarkredit” fəaliyyət göstərdiyi müddətdə indiyədək maliyyə göstəricilərini açıqlamayıb.
“Aqrarkredit” uzun müddətdən sonra maliyyə göstəricilərini - AÇIQLADI
10:39
14 Avq 2019