Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvlərinin tərkibində dəyişiklik ola bilər.
FED.az xəbər verir ki, AMFA üzvlərindən olan «Accessbank» qurumdan çıxmaq üçün AMFA rəhbərliyinə müraciət ünvanlayıb.
AMFA-nın idarə heyətinin sədri Cəlal Əliyev belə müraciətin olduğunu təsdiqləyib, amma hələlik son qərarın verilmədiyini bildirib. Onnu sözlərinə görə, mikromaliyyə sahəsində payı və təcrübəsi böyük olan təşkilatın AMFA-nı tərk etməməsi üçüq bankla görüş keçirmək niyyətindədir.
Bankdan AMFA-dan çıxmaq üçün müraciət edildiyini FED.az-a təsiqləyiblər. Amma bu qərarın səbəbi açıqlanmayıb.
Qeyd edək ki, hazırda AMFA-nın 25 üzvü var, Accessbank isə üzvlüklə yanaşı, təşkilatın təsisçilərindən biridir.