Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 648 min manat olub.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6 milyon 936 min manat və ya 11,7 dəfə azdır.
Ötən il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 7 milyon 584 min manat olub