“Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib.
Eləcə də bax: “Optimal Finance” BOKT-un rəhbəri dəyişdi – TƏYİNAT
FED.az xəbər verir ki, bu barədə maliyyə qurumundan bildirilib.
Məlumata görə, BOKT-un təsisçisi olan ABŞ-ın qeyri-kommersiya təşkilatı - ACDI/VOCA-nı Rusiyaya məxsus “Aqromostfinans” MMC əvəz edib.
Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. (Report)