Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanuna edilməsi gözlənilən əlavə və dəyişikliklər imkan verəcək ki, onlar fəaliyyətini genişləndirsin.
ABA sədri valyutadəyişmə məntəqələrinin yenidən bərpasına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev BOKT-ların maliyyə resurslarına çıxışının zəif olması ilə bağlı deyilənləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu problemin həlli üçün banklar və BOKT-lar müzakirələr aparmalıdır: “Kredit verilməsi biznes məsələsidir. Banklar üçün BOKT-lar da müştəridir. Ona görə də banklarla BOKT-lar bazar qaydaları çərçivəsində müzakirələr aparmalıdır”. (Report)