Ölkədə turizmin inkişafı ilə valyutadəyişmə prosesləri daha çevik olacaq.
Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi müəyyənləşəcək
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev qanunvericilikdə gözlənilən dəyişiklikləri şərh edərkən deyib.
O bildirib ki, yeni qaydalar qeyri-iş günlərində və yaxud bankların fəaliyyət göstərmədiyi ərazilərdə valyutadəyişmə məntəqələri daha çevik fəaliyyət göstərməsinə imkan verəcək. Bu isə turizmin inkişafı üçün vacibdir. (Apa)