Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Aqrarkredit» QSC BOKT 2021-ci ilin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, 2021-ci ildə BOKT-un əsas gəlir mənbəyi olan faiz gəlirləri 2020-ci illə müqayisədə 3,8 milyon manat və ya 22% azalaraq 17,3 milyon manatdan 13,5 milyon manata enib.
Bu vəsaitin 9 milyon 826 min manatı ehtimal edilən zərərlər üzrə ehtiyatların ayrılmasına yönilib. Qeyd edək ki, 2020-ci ildə BOKT bu məqsədlə ehtiyat ayırmamış, əksinə, əvvəlki illərdə ayrılan ehtiyatlardan 11,7 milyon manat geri qaytarmışdı.
Nəticədə BOKT-un xalis fviz gəliri 8,5 dəfə azalaraq 28,8 milyon manatdan 3,4 milyon manata düşüb. Üstəlik BOKT xarici valyutalarla əməliyyatlardan 8,5 milyon manat zərər edib.
«Aqrarkredit» QSC BOKT-u vəziyyətdən digər gəlirlər bölməsi çıxarıb – şirkət 2021-ci ildə bu maddə üzrə 12 milyon manat gəlir əldə edib. Yeri gəlmişkən, 2020-ci ildə bu maddə üzrə şirkətin 24,8 milyon manat xərcləri olmuşdu.
Nəticədə şirkət 2021-ci ili 6,45 milyon manat əməliyyat gəliri ilə başa vurub. Əməliyyat xərcləri isə təqribən 5 milyon manat olub. Daha 268 min manat isə mənfəət vergisi kimi ötənilib.
Bununla da «Aqrarkredit» QSC BOKT ili 1 milyon 191 min manat xalis mənfəətlə başa vurub.
2021-ci ilin nəticələrinə görə «Aqrarkredit» QSC BOKT-un aktivləri 129 milyon manat azalaraq 12 milyard 229 milyon manatdan 12 milyard 101 milyon manata enib.
2021-ci ildə «Aqrarkredit»in kredit portfeli 10 milyon manata yaxın artaraq 73,8 milyon manatdan 83,9 milyon manata yüksəlib.
Qurumun öhdəlikləri də 129 milyon manat azalaraq 12 milyard 204 milyon manatdan 12 milyard 075 milyon manata enib.
Kapitalı isə demək olar dəyişməyib – 25,4 milyon manat.