Müxtəlif səbəblərdən banklardan kredit almaqda çətinliklə üləşənlər bank olmayan kredit təşkilatlarına – BOKT-lara üz tuturlar. Bu adətən bölgələrdə baş verir, amma paytaxtda da bəzi şəxslər kredit ehtiyaclarını BOKT-lar vasitəsilə qarşılayırlar.
FEDşaz xəbər verir ki, BOKT-ların kredit şərtləri müxtəlifdir, bəzi təşkiatlar müştərilərinə yalnız girovla kredit ayırırlar, bəziləri isə əmək haqqından asılı olaraq müştəriləri üçün müəyyən məbləğlərdə kredit təklif edir.
FED.az aylıq rəsmi maaşı 500–800 manat arasında olan şəxslərin BOKT-lardan kredit alması üçün şərtləri araşdırıb.
Məlum olub ki, bəzi BOKT-lar əmək haqqı qarşısında ümumiyyətlə kredit ayırmırlar, yəni krediti yalnız girov müqabilində verirlər. Araşdırmada yalnız əmək haqqına görə krelit ayıran BOKT-ların şərtləri göstərilib.
Qeyd edilən əmək haqqı qarşısında BOKT-ların təklif etdiyi məbləğlər fərqlidir və ümumilikdə 500-30 000 manat arasınrda dəyişir. Ümumi qayda isə budur ki, kreditin ayrılması üçün müraciət edən şəxsin minimum 6 ay iş stajı tələb olunur.
Daha detallı aşağıda təqdim etdiyimiz cədvəldə :
BOKT |
Kreditin məbləği |
İllik faiz dərəcəsi (FİFD) |
Müddəti |
Azinvestkredit BOKT |
1 000–1 600 AZN |
36,0% |
36 ayadək |
City finance BOKT |
3 000 AZN-dək |
30,0% |
24 ayadək |
Finans İnvest BOKT |
1 000 AZN -dək |
30,0% |
12 ayadək |
M Bulak BOKT |
1 000 AZN-dək |
25,0% |
12 ayadək |
Premier Kredit BOKT |
5 000 AZN-dək |
29,0% |
24 ayadək |
Qafqaz Kredit BOKT |
5 600 AZN -dək |
29,0% |
48 ayadək |
Regional BOKT |
2 500 AZN-dək |
32,0% |
24 ayadək |
TBC Kredit BOKT |
1 500 AZN-dək |
32,6% |
24 ayadək |
Az Kredit BOKT |
600–30 000 AZN |
31,0% |
48 ayadək |
İnkişaf Üçün Maliyyə BOKT |
3 000 AZN-dək |
29,0% |
36 ayadək |
Prior Kredit |
1 000 – 20 000 AZN |
18,0% |
36 ayadək |