“Hazırda "Finca Azerbaijan" qeyri-bank kredit təşkilatı 8-9 milyon manat civarında kredit portfelinə malikdir.
FED.az-ın məlumatına görə, bunu cümə axşamı keçirilmiş mətbuat konfransında təşkilatın ölkə üzrə direktoru Timoti Tarrant bildirib.
Eləcə də bax: Bakı-Gəncə sürətli qatarında - QİYMƏTLƏR ENDİRİLDİ - YENİ MƏBLƏĞLƏR
“Biz 2019-cu ilin sonunadək kredit portfelini 38-39 milyon manata qaldırmağı planlaşdırırıq. Biz həm səhmdardan daxil olan vəsait, həm də əməliyyatlardan əldə etdiyimiz gəlir hesabına nəzərdə tutduğumuz kreditləşməni aparmaq üçün kifayət qədər vəsaitə malikik. Biz kənd təsərrüfatına və regionlarda əhaliyə maliyyə xidmətləri göstərməyə fokuslanacağıq”.
Eləcə də bax: Aktivlər və kreditlər artıb, gəlirlilik aşağı düşüb… - BANK SEKTORU-2018