FED.az xəbər verir ki, “Merkuri” Bank Olmayan Kredit Təşkilatı, 22-30 yaş arası, ali təhsilli gəncləri kassa mütəxəssisi vakansiyası üçün müsabiqəyə dəvət edir.
Öhdəliklər
• Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
• Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
• Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək;
• Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını həyata keçirmək;
• Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
• Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
• İş yeri: Bakı filialı
"Bank BTB" işçi axtarır - VAKANSİYA
İş qrafiki (I-V 09:00-dan 18:00-dək, VI 10:00-dan 14:00-dək)
Namizədə tələblər
• Ali təhsil
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Nəğd pulla intensiv işləmə bacarığı
• Gərgin iş qrafikində işləmək bacarığı
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
Müsabiqədə iştirak etmək üçün müraciət blankını saytımızdan əldə edərək (http://merkuri.az/aze/index.php/en/haqq-m-zda) və yaxud da hazır cv formalarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.