Bu ilin ilk ayında Azərbaycan xaricdən 7 milyon 114 min dollar dəyərində 645 ədəd yük avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2024-cü inin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan yük avtomobillərinin sayı 150 ədəd və ya 30,3% , dəyəri isə 1 milyon 793 min dollar və ya 20,1% artıb.
Əvvəlki ildə Azərbaycana 8 milyon 908 min dollar dəyərində 495 ədəd yük avtomobili idxal edilib.
Qeyd edək ki, 1 ədəd yük avtomobilinin orta idxal qiyməti bu ilin ik ayına görə 11 min 30 dollar (18 min 751 manat) olub ki, bu da illik müqayisədə 6 min 965 dollar (11 min 841 manat) və ya 38,7% azalıb.
Qeyd dək ki, bu göstərici ötən ilin müvafiq dövründə 17 min 795 min dollar (30 min 592 manat) idi.