Rusiya Mərkəzi Bankı 18 avqust 2023-cü il tarixinə dolların rəsmi məzənnəsini 93,746 rubl səviyyəsində müəyyən edib ki, bu da əvvəlki göstəricidən 2 rubl 96 qəpik aşağıdır.
Rubl bahalaşmaqda - DAVAM EDİR
Avronun rəsmi məzənnəsi 3 rubl 48 qəpik azaldılaraq 102,181 rubl, yuanın rəsmi məzənnəsi 42 qəpik aşağı salınaraq 12,7875 rubl müəyyən edilib.
Bakı vaxtı ilə saat 17:35-ə olan məlumata görə, Moskva birjasında dolların məzənnəsi 1,1% geriləyərək 93,62 rubla düşüb, avronun məzənnəsi 102,02 rubl (-1,14%) səviyyəsində olub. Yuan 0,81% ucuzlaşaraq 12,798 rubl təşkil edib. (Marja)