İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 milyon 400 min manat məbləğində təsdiq ediləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanunda əksini tapıb.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:
- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 milyon 300 min manat;
- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 milyon 100 min manat.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.










