Bu ilin ilk yeddi ayında Dövlət Neft Fondundan büdcəyə transfert tam icra edilib.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə transfertin həcmi 8 milyard 447,3 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 100 faiz icra deməkdir.